“Sosial və xüsusi fənlər” kafedrasının müəllimi Mustafayeva Ləman.

 Bildiyimiz kimi, 2022-ci il fevralın 22-də Rusiya və Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanmışdır. Məlumdur ki, dünyanın bütün mövcud ölkələrində vəziyyət əhəmiyyətli dərəcədə dəyişmiş, lakin bu dəyişiklik Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməmişdir. Hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir. Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq.

İki dövlət arasında müttəfiqlik müqaviləsinin imzalanmasından sonra Rusiya Prezidentinin ölkəmizə çox əlamətdar, həm də tarixi səfəri baş tutmuşdur. Prezident dəfələrlə ölkəmizə gəlmişdir, lakin budəfəki xüsusi bir səfər idi. Dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilmişdir. Ölkəmiz səfər çərçivəsində iki dövlət arasındakı münasibətin müttəfiqlik xarakterini təsdiqləmiş, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirmişdir. Aydındır ki bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və hər iki dövlət imzalanmış bəyannamənin şərtlərinə son dərəcə əməl edirlər.

Hazırda ölkəmiz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edir, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur.

Azərbaycan Respublikasının öhdəliklərinə gəlincə, ölkəmiz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşır və bundan sonra da belə davam edəcəkdir. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq.

Azərbaycan ilə Rusiya arasında imzalanan bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında da Müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Həmin bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir.

Bildiyimiz kimi, Azərbaycan Rusiyadan silah alır, amma, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb. Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir. Hazırda Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilmişdir. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Ölkəmiz vəziyyəti başa düşərək bununla razılaşmış, çünki bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz. Amma biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edirəm.

Məlumdur ki, əvvəllər olduğu kimi müasir dövrümüzdə də Rus dilinə ictimaiyyət tərəfindən tələbat var və heç vaxt da hər hansı məhdudiyyət olmamışdır. Respublikamız insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün hər zaman əlavə şərait yaratmağa çalışmışdır. Ölkəmizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də ölkəmizdə rus dilinə tələbat var və o, yaşayır. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir. Təsadüfi deyil ki, Azərbaycan təkcə bu sahədə deyil, həm də dinlərarası qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənir. Bakının mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır.                                                                          Nəhayət, İki dövlət arasında əlaqələrin bütün sahələrini əhatə edən və 43 bənddən ibarət olan Bəyannamədə qeyd edilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Həmçinin Bəyannamədə qeyd edilir ki, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər. Bəyanatda həmçinin iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyi vurğulanmışdır. Rusiya Federasiyası və Azərbaycan Respublikası bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətində olduqları təsbit edilmişdir. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması, sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün imzalanmış Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyası və Azərbaycan Respublikası bütün zəruri addımların atılacağını öz öhdələrinə götürmüşlər.

Azərbaycan-Rusiya arasında əlaqələr istər siyasi, istər ticari  və s. sahələrdə fəaldır. İki dövlət arasındakı mövcud əlaqələrin tarixə söykəndiyini və bu günki tarixə qədər hər il inkişaf etdiyini nəticə alaraq demək olar ki, bu əlaqələr daima inkişaf edəcəkdir.