Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Dağlıq Şirvan Regional filialının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Şamaxı filialının birgə təşkilatçılığı ilə “Təhsildə sosial iş xidməti” mövzusunda seminar keçirildi.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək gələn qonaqları salamladı və bu cür maarifləndirici layihənin əhəmiyyətini vurğuladə və daha ətraflı məlumat üçün sözü layihənin əməkdaşlarına verdi.

Ardınca çıxış edənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Dağlıq Şirvan Regional filialının müdir müavini, “Təhsildə sosial iş xidməti” layihəsinin koordinatoru, həmçinin 1999-cu il məzunu Xətayi Mirzəyev , agentliyin Dağlıq Şirvan Regional filialının mütəxəssisləri Əziz Nərimanlı və Ağamirzə İsgəndərov Agentliyin fəaliyyəti, uşaq hüquqlarının müdafiəsi, bullinqin səbəbləri və onunla mübarizə yolları, uşaq istismarı və müdafiə üsulları, şagirdlərin hüquq və vəzifələrindən düzgün istifadə mövzularında təqdimat ediblər.

Görüşdə, həmçinin “Təhsildə sosial iş xidməti”nin mahiyyəti izah olunub, onun şagirdlərin inkişafındakı rolundan danışılıb.

Çıxışlarda erkən nikahın fərdin mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran və sosiallaşmasına mane olan önəmli faktor olduğu vurğulanıb.

Sonda tədbir diskussiya şəraitində davam etdi, diskussiya zamanı gənc psixoloqların gələcək fəaliyyətlərinin qurulması və qarşıda duran vəzifələr də müzakirə olundu.