Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Ədəbiyyat Klubunun təşkilatçılığı ilə “Azərbaycanın İşıqlı Yolu: Heydər Əliyev imzası” mövzusunda dəyirmi masa keçirildi.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu. Ardınca filialın tələbələri Muradova Lalə- “Ulu Öndərin ideyaları işığında-təhsil siyasəti”, Qafarlı Fidan- “Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi məktəbi”, Mirzəyeva Nuranə- “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış etdilər, Ağazadə Fatimə– Həsən Kamiloğlunun “Ürəyimdəsən” şeirini səsləndirdi.









