Tələbələrimiz “Emosiyaları tanıma və anlama” tələbələr üçün onlayn seminarda aktiv iştirak ediblər.

ADPU-nun Şamaxı filialının tələbələri Şəhla Nəcəfli və Mehriban İskəndərova təlimçi, tələbə kouçu Nərgiz Çalbayın təqdimatında keçirilən “Emosiyaları tanıma və anlama” tələbələr üçün onlayn seminarda aktiv iştirak edərək sertifikat alıblar. Tələbələrimizə uğurlar arzu edirik!    

COP29-un Azərbaycanda keçirilməsi dünya dövlətlərinin ölkəmizə olan etimadının göstəricisidir.

  Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sənubər Sükürova.   Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan […]

ADPU-nun Şamaxı filialında 2025-2026-cı tədris ilinin qəbul planı proqnozu müzakirə olundu.

ADPU-nun Şamaxı filialında 2025-2026-cı tədris ilinin qəbul planı proqnozu müzakirə olundu. Müzakirə zamanı yerli tələb, sorğuların nəticələri, məzunlarla və işəgötürənlərlə olan söhbətlər əsas diqqət mərkəzində saxlanıldı. Mövcud ixtisaslardan əlavə bəzi yeni ixtisasların açılması da nəzərdə tutulduğundan siyahıya əlavə olundu.