30-31 oktyabr 2024-cü il tarixlərində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın mədəni-tarixi abidələrinin tanıdılması, qorunması və tariximizdə bu abidələrin əhəmiyyətinin öyrənilməsi məqsədilə Şəki şəhərinə regionun fəal gənclərinin ekskursiyası təşkil edilib.

Ekskursiyada ADPU-nun Şamaxı filialının əməkdaşı Kamil Mirzəyev və filialın 3-cü tədris ili tələbəsi Elbrus Kərimov iştirak etmişdir.

Ekskursiya zamanı gənclər Şəki şəhər Heydər Əliyev Mərkəzində ??Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi haqqında daha geniş məlumat əldə etmişlər.

Daha sonra gənclər Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Yuxarı Karvansaray, Şəki Xan Sarayında olmuş və tarixin izlərini özündə əks etdirən bu memarlıq inciləri haqqında ətraflı məlumat əldə etmişlər.