Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Təhsil Tələbə Krediti Fondu”nun fəaliyyəti ilə bağlı maarifləndirici görüş keçirildi. 

Görüş zamanı tədbir iştirakçıları fondun tələbələr  üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumatlandırılıblar.

Daha sonra tədbir iştirakçılarının tələbə kreditləri barədə təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.