Şamaxıda ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına start verildi.
Ağacəkmə aksiyasında ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, müəllimlər və tələbələr iştirak edirdilər.
Məlumat üçün bildiririk ki, son illər ərzində Şamaxı rayonu ərazisində ətraf mühitin mühafizəsi və yaşıl zonaların bərpası məqsədilə hər il on minlərlə müxtəlif növ ağaclar əkilir.




