Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)Şamaxı filialında Yaşıl Dünya Naminə Həmrəylik İlinə həsr olunmuş “Yaşıl Dünya- Sağlam Gələcək” adlı seminar keçirildi.
Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Seyidova Şəlalə seminarın əhəmiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə görülmüş işlər barədə məlumat vermiş, habelə işğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və BMT-nin COP 29 kimi mötəbər bir forumunun Azərbaycanda keçirilməsinin önəmini vurğulamışdır.
Seminar diskussiya formasında davam etdi və tələbələr öz fikirlərini bildirdilər.




