ADPU-nun Şamaxı filialında məzun günü tədbiri keçirildi.

Tədbirdə filalın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar,  valideynlər  və qonaq qismində Regional İnkişaf İctimai Birliyinin (RİİB) Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova, Şəhriyar qəsəbə tam orta məktəbinin direktoru Nuranə Məmmədova  iştirak edirdi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə məzun günü tədbiri açıq elan olundu.

Giriş sözü ilə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova məzun olan bütün tələbələri təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, qeyd etdi ki, filialımız regionun yeganə ali təhsil müəssiəsi kimi kadr potensialının gücləndirilməsində böyük rolu var. Məzunlarımız ölkənin qabaqcıl təhsil müəssisələrində və digər qurumlarında uğurla fəaliyyət göstərir, və filialı layiqincə təmsil edirlər. Bundan əlavə təhsil aldıqları müddətdə universitetin ictimai həyatında  fəallıq göstərən məzunlarımıza Tünzalə xanım tərəfindən “Fəxri fərman” lar təqdim olundu. Müəllim, tələbə və valideynlərin təbrik və ürək sözlərindən  sonra məzun günü tədbirimiz bədii hissə ilə davam etdi.

Ardınca  RİİB-in Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova çıxış edərək  məzun olan tələbələri təbrik etdi və bir çox sosial aksiyalarda könüllü olaraq fəaliyyət göstərərək  fərqlənən məzunlara “Təşəkkürnamə”lər təqdim etdi. Həmçinin, Tünzalə xanım Yusifovaya “ADPU-nun Şamaxı filialının RİİB ilə səmərəli əməkdaşlığına görə” təşəkkürnamə təqdim olundu.

Məzunlarımızın ürək sözləri dinlənildikdən sonra tədbir bədii hissə ilə davam etdi.

Məzun olan bütün tələbələrimizi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!