ADPU-nun Şamaxı filialında insan alveri, erkən nikahlar, ailədə zorakılıqlar, intiharlar və narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirildi. Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, müasir dövrün aktual problemlərindən olan insan alveri, erkən nikahlar, ailədə zorakılıqlar, intiharlar və narkomaniyaya bəşəriyyəti bəlayə sürükləyir və onlara qarşı mübarizə aparmaq mütləqdir. Ali təhsil müəssisəsi kimi gəncləri bu mövzuda maarifləndirmək və mübarizə yollarını öyrətmək məqsədilə tez-tez bu mövzuda tədbirlər keçirilir.

Ardınca çıxışlar dinlənildi. Çıxış edənlər
“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, Şamaxı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkilati qrupunun inspektoru, polis baş leytenantı Rəşad Mahmudov mövzu ilə bağlı ətraflı çıxış etdilər. Sonda tədbir Mövzu ətrafında diskussiya ilə davam etdi.