Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gələcəyə addım” VI elmi konfransı keçirilib. Konfransda Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Dürdanə Heydərzadə və Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri Tahirə Hüseynova və Cəfərova Gültac iştirak ediblər.
Konfrans 6 bölmə üzrə fəaliyyətini davam etdirib.Yekunda uğurlu çıxış edən tələbələrə diplom və sertifikatlar təqdim edilib.
Tələbəmiz Cəfərova Gültac konfransda uğurlu çıxışına görə diplomla, Hüseynova Tahirə isə konfransda iştirakına görə sertifikatla təltif olundular .
Tələbələrimizi təbrik edir, uğurlarının davamını arzu edirik!


