17 may tarixində ADPU-nun Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin varisləriyik!” adlı Tələbə Elmi Cəmiyyətinin (TEC) 18-ci elmi konfransı keçirildi.

Filialın akt zalında konfransın plenar iclası keçirildi. İlk olaraq xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin  suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi, ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı.O, eyni zamanda filialımızda keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” Respublika konfrasının materiallarının çap olunduğu kitabı təqdim etdi və keçən ilki konfransda I yerə çıxan tələbələrə kitabı hədiyyə etdi. Ardınca Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov “Müəllim hazırlığında elmi fəaliyyətin pedaqoji əsasları” mövzusunda ətraflı çıxış etdi.

Daha sonra tələbələrin çıxışları dinlənildi.

Plenar iclasın ardınca konfrans işini 4 bölmədə davam etdirdi:

  1. Sosial və xüsusi fənlər Sosial və xüsusi elmlər- Sədr: Sosial və xüsusi fənlər kafedrasının müdiri dos. Mayıl Alıcanov; həmsədr:  kafedranın müəllimi Yaqut Qasımova
  2. Pedaqogika və psixologiya elmləri- Sədr: Pedaqogika və psixologiya kafedrasının müdiri   ü.f.d. Malik Məlikov, həmsədr: kafedranın müəllimi Teybə Əfəndiyeva
  3. Riyaziyyat və kompüter elmləri- Sədr: Riyaziyyat və komputer elmləri kafedrasının müdiri p.ü.f.d. Firidə Mustafayeva, həmsədr: kafedranın baş müəllimi Qahirə Şahbazova.
  4. Dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri – Sədr: Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d. Eyvaz Eminalıyev, həmsədr: kafedranın müəllimi Sevinc Baxşiyeva.