Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək!” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, filialımızda yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair təbliğat , təşviqat, maarifləndirmə tədbirləri hər il təşkil olunur və gələcəyin müəllimləri olan tələbələr bu mövzuda maarifləndirilir.

Tədbirdə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır. Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt hadisələrdən qoruya bilək!