ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafederasının müəllimi Təranə Əkbərinin təqdimatında 1 Dekabr “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş maarifləndirici mühazirə keçirildi.
Tələbələrə sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin fəsadları barəsində gənclərin maarifləndirilməsi və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə keçirilən mühazirədə bu ağır xəstəliyə yoluxma yolları, onun simptomları və insanların bu xəstəlikdən qorunması yolları barədə geniş məlumat verildi.
Sonda mövzu ətrafında müzakirələr aparıldı və tələbələri maraqlandıran suallar cavablandırıldı.


