Pedaqogika və psixologiya kafedrasının dosenti Ağayeva Tamilla.
Bu gün dünya ölkələri Azərbaycana etibarlı, sabit və götürdüyü bütün öhdə liklərə ən sadıq tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bu, Azərbaycanın tərəfdaş lıq və əməkdaşlıq platforması kimi özünü beynəlxalq münasibətlərdə təsdiq etməsi və Azərbaycan xalqının çətin tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalqı üçün çalışan, dövlətin müstəqilliyini qoruyan, uzaqgörən siyasətçi, qalib bir ölkənin dövlət başçısı, müzəffər ordu baş komandanı İlhan Əliyevin nüfuzu ,müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələd olması ilə bağlıdır.
Məhz onun uğurlu daxili siyasəti nəticəsində Azərbaycanda əlverişli investisiya mühiti yaradılmışdır. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulmuş, bunun da 200 milyard ABŞ dolları qeyri-enerji sektorunun payına düşmüşdür. Bununla yanaşı, Azərbaycan özünün nəqliy yat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulmuş, Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir.
Ölkə başçısı İlham Əliyevin xarici siyasət sahəsindəki uğurlarının əsas səbəbi qlo ballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görməsi, onlardan Vətəninin və xalqının xeyrinə məharət lə istifadə etməyi bacarmasıdır. Azərbaycan dövlətinin başçısı kimi o, həmişə qarşısına çıxan bütün problemlərin həllində müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümayiş etdirmişdir. Belə ki, prezidentlik fəaliyyətinin ilk günün dən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürən İlham Əliyev ona bəslənilən ümidləri doğrultmağa çalışmış, cəmiyyətin bütün arzularını gerçəkləşdir məyə, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq beynəlxalq aləmdə özünü ciddi siyasətçi kimi tanıtmışdır.
“Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik… Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublika sının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”-deyən İ. Əliyev qüdrətli güclü iqtisadiyyatı olan Azərbay can dövləti yaratdı. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.
O,”Dağlıq Qarabağ problemi” ilə bağlı dönməz və ardıcıl siyasi iradə nümayiş etdi rib erməni təcavüzkarlarının işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınların doğma torpaqlarına qaytarılması ideya sını Avropa cəmiyyətinə, bütün dünyaya çatdırmaqla qətiyyət, cəsarət və milli ma raqlara sədaqətini göstərirdi. Prezident İlham Əliyevin “Dağlıq Qarabağ müna qişəsi”nə prinsipial mövqeyi Avropa Şurasının Parlament Assambleyasında dəfələrlə vurğulanmış, Azərbaycanın təcavüzə məruz qaldığı, bu məsələdə haqlı və ədalətli tərəf olması, 20 faizdən çox torpaqların işğal olunduğu,1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz Vətənində doğma yurd-yuvasından didərgin salındığı Avropa cəmiyyətinə, bütün dünyaya çatdırılmışdır.
İ.Əliyev Ali Baş Komandan kimi ordu quruculuğuna da xüsusi diqqət yetirmiş, hər zaman ölkənin ərazi bütövlüyünü müdafiə etməyə qadir olan Cənubi Qafqazın ən qüdrətli ordusunu -Azərbaycanın silahlı qüvvələrini yaratmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kur sunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsi Azərbaycanın dünyanın bir çox mötəbər təşilatlarına ( BMT-nin Təhlükəsizlik Şu rası, Avropa Şurasının Parlament Assambleyası, və s.) üzv seçilməsinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsin də Ermənistanı məğlub etməsi, 30 illik işğala son qoyması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsi nin icrası təmin edilməsi məhz, İ.Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsidir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, sıfırdan yeni şəhərlər və kəndlər inşa edirlir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulmuşdur.
Ölkədə “Böyük Qayıdış” Proqramı həyata keçirilir. 140 minK keçmiş məcburi köçkün “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına 2026-cı ilin sonuna qədər qayıdıcaqlar.Məhz onun səyləri sayəsindəAzərbaycan bir dövlətə çevrildi.
Azərbaycanın dövlət başçısı kimi o daim xalqın iradəsini ifadə edərək bütün yüksək səviyyəli görüşlərdə və çıxış etdiyi bütün beynəlxalq məclislərdə öz prinsipial mövqeyini dönmədən bütün kəskinliyi ilə bəyan edir, dünyada gedən ikili standart oyunları cəsarətlə tənqid etmişdir.
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi, İ.Əliyevin bu təşkilata uğurla sədrlik etməsi onun bir dövlət başçısı kimi yüksək beynəlxalq nüfuzunun göstəricisidir.
Bu günlərdə Bakıda daha bir mötəbər tədbirin keşirilməsi: 2023 -cü il, 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir.
Prezident İlham Əliyev öz çıxışında hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirib, Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiy yəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkan olduğunu və Azərbay canın Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni bağlılığını görüş işti rakçılarının nəzərinə çatdırmışdır.
Bundan əlavə o, BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qə bul edilmiş qətnaməyə Azərbaycanın tərəfdar çıxdığını və BMT-nin himayəsi altın da təsis edilən SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayırlacağı barədə məlumat vermişdir.
Bütün bu sadalananlar prezident İlham Əliyevin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsinin bariz nümunəsi onun qurduğu olan güclü inkişaf edən müasir Azərbaycandır.
