25 dekabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq filialı tərəfindən Şamaxı Yaradıcılıq Mərkəzində əmək yarmarkası keçirildi.Əmək yarmarkasının keçirilməsində əsas məqsəd işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi üzrə mövcud vakant iş yerləri haqqında məlumat əldə etməsi, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərmək idi.

ADPU-nun Şamaxı filialı da əmək yarmarkasında  iştirak edirdi.