Sosial və xüsusi fənlər kafedrasının müəllimi Süsən Cəbrayılova
Azərbaycan öz suverenliyini bərpa edəndən sonra bütün dünya dövlətləri ilə sülh və qarşılıqlə rifah içində yaşamağa çalışır. Lakin, yerləşdiyimiz region etibarilə daim təhdidlər və qeyri -sabitliyin mövcudiyyəti qaçılmazdır. Azərbaycan Respublikası daim bu amillərlə mübarizə apararaq dünya dövlətləri ilə əməkdaşlıq edir, müxtəlif təşkilatlara üzv olur, təhlükəsizliyin qorunması sahəsində böyük uğurlara nail olur. Daxili təhdidləri olmasa da, xarici terror müdaxiləsi daim olmuş müxtəlif sammitlərdə , görüşlərdə Azərbaycan nümaəndəliyi dönə-dönıə Dağlıq Qarabağ məsəlsini dilə gətirərək mənfur ermənilər tərəfindən həyata keçirilən terrorun qarşısını almağa çalışmaqdadırlar.
Ermənilərin Dağlıq Qarabağa əssasız və yersiz iddiaları tarixi saxtakarlıqdan başqa bir şey deyildir. Belə ki, tarixi Azərbaycan torğaqları olan Qarabağ ərazisində ermənilərin artması 1828-ci il Türmənçay,1829-cu il Ədirnə müqavilələrindən sonra geniş vüsət almışdır. Belə ki, 1805-ci ildə Qarabağ xanlığı və Çar Rusiyası arasında bağlanan Kürəkçay müqaviləsində erməni əhalisindən söbət belə getmir. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülmı planı başladı.1828-ci il Türkmənçay sülh müqaviləsinin 15-ci maddəsi ilə köçürülmə başladı. Eyni zamanda 1828-1829-cu ill rus -türk müharibəsini gedişində 90 min erməni köçürüldü bunnlada etnik tərkib dəyişdirilməyə başlandı. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi və bunla da Qarabağın dağlıq və aran hissəsi bir birindən süni şəkildə ayrıldı. Əlbəttə ki, Ermınistanın hərbi təcavüzü və seperat davranışlarınin kökü məhz çar Rusiyasının müstəmləkə siyasətinə gedib çıxır.
XX əsrin 80 -ci illərin sonlarında Sovetlərin dağılması prosesində yaranmış pərakəndə vəziyyətdən istifadə edən ermənilər etnik təmizəlmə həyata keçirərək milyondan çox azərbaycanlını öz doğma dədə-baba torpaqlarından didərgin saldı və bu vəziyyət 2020-ci ilin payızına qədər davam etdi.BMT-nin , ATƏT-in və digər nüfuzlu təşkilatların qərar və səylərinə baxmayaraq Ermənistan təcavüzlar siyasətini davam etdirdi. 2020-ci il 44 günlük ikinci Qarabağ müharibəsi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 9 dan 10 -na keçən gecə üçtərəfli bəyanat imzalandı. İkinci Qarabağ müharibəsi başa çatdı. Lakin yenə də mülki və hərbi şəxslər həlak olmuş və ya ağır yaralanmışlar.
İmzalanan bəyanatlar ,əldə edilən razılaşmaların bir müddət sonra kağız üzərində qaldığı meydana çıxdı. 2023-cü il sentyabr ayının 2-də Ermənistan baş naziri qondarma “Dağlıq Qarabağ Respublikası” nın yaradılmasını ilə bağlı təbrik məktubu göndərdi. Bununla da Azərbaycan tərəfinin antiterror tədbirlərinə başlamasına səbəb oldu. Bir sutkadan az davam edən tədbirlər nəticəsində qondarma qurum ləğv edildi, silahlı kontingent tərksilah edildi. Və ərazilərimizə nəzarət tam bərpa olundu.
Azərbaycan erməni əhalisi üçün reinteqrasiya planı hazırlamış, erməni əlalisinə özevlərində qalmaq təklif edir. Habelə hər iki müharibə zamanı Azərbaycan hümanizm qaydalarına riayət etmiş mülki əhaliyə ziyan yetirməmişdir. Baxmayaraq ki Ermənistan və onun havadarları olan riyakar dövlətlər, başda Fransa olmaqla bu humanist qaydalara əməl etməmiş, cinayətlər törətmişdir.
Bütün bunlara baxmayaraq Azərbaycan yenə də öz mövqeyindədir, Ermənistanla danışıqlar aparmağa hazırdır. Azərbaycan nəyin bahasına olursa olsun öz haqlı mövqeyindən dönməyib, dönməyəcəkdir.
İstatistikleri ve reklamları gör
Gönderiyi Öne Çıkar
Tüm ifadeler:

1