ADPU-nun Şamaxı filialında İbtidai sinif müəllimliyi ixtisasın akademik məsləhətçisi Növrəstə Qarayeva tələbələrlə iclas keçirib. İclasda tələbələrin işçi tədris planı və fərdi tədris planının hazırlanması və yazılması izah olunub, həmçinin filialın daxili nizam-intizam qaydaları ətraflı şəkildə izah olunub. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
ADPU-nun Şamaxı filialında Riyaziyyat və informatika müəllimliyi ixtisasın akademik məsləhətçisi Xəlilova Ləman tələbələrlə iclas keçirib. İclasda tələbələrin işçi tədris planı və fərdi tədris planının hazırlanması və yazılması izah olunub, həmçinin filialın daxili nizam-intizam qaydaları ətraflı şəkildə izah olunub. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Cəbrayılova Süsən. Qarabağ Azərbaycanımızın əsrarəngiz, gözəl diyarı, cənnət guşəsidir. Qarabağ həm də, maddi mənəvi abidələrlə zəngin olan mədəniyyət beşiyidir. Uzun illər erməni tapdağında qalan torpağımızı II Qarabağ savaşında əzimkar Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə azad etdi. […]