Şamaxı şəhər 1 saylı Körpələr evi- uşaq baxçasının müdiri Gövhər Səmədovanın həmin müəssisədə tələbələrimiz haqqında söylədikləri: Şamaxı şəhər 1 saylı Körpələr evi- uşaq baxçasında pedaqoji təcrübə keçən tələbələr universitetdə öyrəndikləri bilik və bacarıqları çox fəal şəkildə nümayiş etdirdilər. Ən əsası onlar körpələr evi uşaq bağçasındakı uşaqların və kollektivin sevgisini qazandılar. Təcrübə keçən tələbələr müasir təlim metodlarını, İKT bacarıqlarını uğurla nümayiş etdirir, gələcəyin şagirdlərini – bağça uşaqlarını onlara yaş və fərdi psixologiyasına uyğun olaraq yanaşırdılar. Tələbələr geyim tərzi, səmimi münasibətləri, qayğıkeş davranışı və mehriban ünsiyyətləri ilə diqqəti cəlb edirdilər. Etiraf etmək lazımdır ki, müasir qloballaşan dünyamızda Körpələr evi- uşaq baxçalarında müasir dünyagörüşlü, savadlı, İKT bacarıqlarına malik bu cür gənc mütəxəssislərə ciddi ehtiyac vardır. İnanırıq ki, sizin universitetin məzunları bölgə üçün bu ehtiyacı aradan qaldıracaqdır. Tələbələrin işlərinə olan həvəsi, sevgisi və məsuliyyətinə görə onlara təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm

