ADPU-nun Şamaxı filialının Tələbə Gənclər Təşkilatının sədr müavini Nuranə Mirzəyeva 2022-ci il ərzində Proqram əsaslı uğurlu fəaliyyətə verdiyi xüsusi töhfəyə görə “İlin TGT Nümayəndəsi” adına layiq görülmüş və təltif olunmuşdur. ADPU-nun Şamaxı filialı adından tələbəmizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!