Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Yanvarın 26-da Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində […]

Gəncliyə dövlət qayğısı

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb. Bununla bağlı ADPU-nun Şamaxı filialının tələbələri Respublika qəzetində cənab Prezidentə öz  təşəkkürlərini ünvanlayıblar.

Orta məktəblərlə sıx əlaqə yaradılır

Orta məktəblərlə əlaqə, onlara kömək göstərmək ADPU-nun Şamaxı filialının fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Şamaxı şəhər 9 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Şükürov Elşən “Sabahın alimləri” layihəsində iştirak etmək arzusu ilə filialın rəhbərliyinə müraciət edib Filialın direktoru Tünzalə Yusifova Elşənin bu müraciətini qəbul edib və  […]