ADPU-nun Şamaxı filialında “Açıq qapı” günü keçirildi. Tədbirdə M.K Veyisov adına Şamaxı şəhər Sabir qəsəbə tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdiər.

İlk olaraq şagirdlər filialın bütün strukturları, auditoriyaları və tədris prosesi ilə yaxından tanış oldular. Daha sonra Heydər Əliyev lektoriyasında tədbir davam etdi. Fiılialın direktoru dosent Tünzalə Yusifova iştirakçıları bir daha salamlayıb və “Açıq qapı” günlərinin filialda ənənə halını aldığını qeyd etdi. O bildirdi ki, ADPU-nun Şamaxı filialı regionun yeganə ali təhsil müəssisəsi kimi mühim yer tutur. Məzunlarımız bir çox sahələrdə uğurlar qazanaraq filialı qürurla təmsil edirlər. Sevindirici hald;r ki, filiala yüksək balla daxil olan tələbələrimizin sayı ildən-ilə artır.

Görüşdə həmçinin tələbələrin asudə vaxtlarını səmərəli dəyərləndirməsindən, tələbə-gənclər təşkilatlarının fəaliyyətindən filialda keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəallığından bəhs olundu.