Tədbir Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik departamentinin təşkilatçılığı ilə ”ON1000” proqramı çərçivəsində keçirildi.
Kəlbəcər rayonunun işğaldan azad olunması gününə həsr olunmuş növbəti tədbirdə ilk olaraq tarixən Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Filialımızın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə danışıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib. Tələbələrimizin vətənpərvərlik ruhunda bu kimi çıxışlar etməsinin qürur verici olduğunu da vurğulamışdır.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razımi öz çıxışında qeyd etdi ki, qəhrəman Azərbaycan oğullarının sayəsində xalqımızın uzun illər çəkdiyi torpaq həsrəti sona yetdi, Kəlbəcər, Laçın və digər gözəl bölgələrimizə qovuşduq. Bu baxımdan da qəhrəmanlarımızın həyatlarını, həyat hekayələrini öyrənmək bizim borucumuzdur.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimləri Çingiz Dadaşov və Mətanət Rəhimova isə tələbə heyətinin bu kimi layihələrinə davamlılıq arzu ediblər.
Tədbir zamanı Tarix və coğrafiya müəllimliyi ixtisasının l tədris ili tələbəsi Fidan Qafarova Şəhid Gizir Mübariz İbrahimov və Şəhid Maxi Turan Məhərrəmov, Riyaziyyat və informatika müəllimliyi ixtisasının l tədris ili tələbəsi Mələkxanım Atakişiyeva Şəhid General-mayor Polad Həşimov, Təhsildə sosial-psixologiya ixtisasının l tədris ili tələbəsi Səbinə Hümbətova Şəhid Jurnalist Çingiz Mustafayev, Tarix və coğrafiya müəllimliyi ixtisasının l tədris ili tələbəsi Pənah Kərimov Şəhid Gizir Teymurov Pəncəli, Təhsildə sosial-psixologiya ixtisasının l tədris ili tələbəsi Səbinə Salmanlı Şəhid Sənan Əhmədovun həyat hekayələrindən bəhs ediblər.
“Qəhrəmanlar unudulmur !” layihəsi çərçivəsində hazırlanan tədbirdə I və II Qarabağ müharibəsində, o cümlədən Tovuz döyüşləri zamanı qəhrəmanlıq göstərən şəhidlərimizə məxsus qısa film və videçarxlar nümayiş etdirilib.






