Bu əlamətdar günü qeyd etmək məqsədilə Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Rima Quliyeva interaktiv mühazirə təşkil etmişdir. İlk olaraq Kəlbəcər rayonu uğrunda şəhid olan həmvətənlərimizin timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kəlbəcərin azad olunmasının tarixi-mədəni-starateji əhəmiyyətindən, onun həmsərhəd rayonları, fauna ve florası, gözəl təbiətindən bəhs edən Rima Quliyeva bu torpaqlarda törədilmiş vandallıqlardan da bəhs etdi. Mühazirədə iştirak edən tələbələr Qubadlının tarixi, dünəni və bu günündən bəhs etdilər. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri Kəlbəcərin poeziya nümayəndələrindən danışaraq, şerlər səsləndirirlər.
Sonda müəllim və tələbə heyəti Zəfər tariximizlə bağlı duyğu və düşüncələrini dilə gətirdilər.





