Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova “Şuşa ili”nə həsr olunmuş interaktiv mühazirə təşkil etdi.
İlk olaraq Şusanı azad edən igidlərin timsalında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mühazirə zamanı qədim şəhərimizin tarixini, coğrafi mövqeyini, bu gününü, mədəniyyətini əks etdirən təqdimatla çıxış edildi.
Cənab Prezident İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın azad olunma müjdəsini xalqla paylaşdığı videonun nümayişi dərsdə iştirak edən müəllim və tələbə heyətini bir daha Zəfər günlərinə qaytardı.
Sonda tələbərin Zafər tarixi, Qarabağ və onun incisi sayılan Şuşanın azad olunması ilə bağlı fikirlərini ifadə etdilər.

