Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Tələbə Gənclər Təşkilatının və İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “ON1000” proqramı çərçivəsində “Şuşa ili” nə həsr olunmuş Nə ? Harada ? Nə zaman ? (NHN) formatında intelektual oyun keçirilib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki turdan ibarət olan yarışda iştirakçılar üçün maraqlı və gərgin anlar yaşanıb. İntellektual oyunun nəticəsi olaraq
I yerə “Əliyar Əliyev” komandası
II yerə “Xarı bülbül” komandası
III yerə “Pənahabad” komandası layiq görülüb.
Qalib tələbələrimizi təbrik edir, onlara uğurlarının davamlı olmasını arzu edirik!