ADPU-nun Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şuşa ili”nə və Zəfər Gününə həsr olunmuş foto və rəsm müsabiqəsi keçirildi. Müsabiqə tələbələrimizin böyük marağına səbəb oldu.Sərgi formasında təşkil olunan müsabiqədə əl işlərini təqdim edən tələbələr Zəfər gününə həsr olunmuş çıxış və şeirlər ilə tədbirə rəng qatdılar.
Sonra əl işləri filialın professor-müəllim heyətindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Daha çox diqqət cəlb edən və maraqlı sujet xətti olan əl işləri qalib olmuşdur.
Müsabiqəyə qatılan bütün tələbələrimizə təşəkkür edir, qalibləri isə təbrik edirik.
Qeyd edək ki, qaliblər növbəti tədbirlərimizdə mükafatlandırılacaqlar.

