Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəf 10%” proqramı çərçivəsində tələbələr Muzey Mərkəzi Sərgi Qaleriyasında iştirak etdilər.Sərgidə 27 gənc rəssamın kağız və kətan üzərində 150 rəsm əsəri nümayiş olunub. Bir-birindən fərqli, rəngarəng rəsm əsərləri tələbələrimiz tərəfindən yüksək qiymətləndirilib. Sonda isə tələbələrimiz ürək sözləri kitabında sənət əsərlərindən ibarət sərgidə iştirak etməyin çox xoş olduğunu bildirərək, öz təşəkkürünü bildirib.

