“Hədəf 10%” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Dövlət İstiqlal muzeyinə tələbələrin ekskursiyası təşkil olunub.

Tələbələr ekskursiya zamanı müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələrin təfərrüatları, öz istiqlalı uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat əldə ediblər.

Muzeydə 20 min eksponatın, onların sırasında nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyaların olduğunu da qeyd edilib

.