ADPU-nun Şamaxı filialında müasir tələblərə cavab verən tədris prosesinin qurulması məqsədilə standartlara cavab verən maddi – texniki baza mövcuddur. Belə ki, filialda mövcud tədris auditoriyaları müasir standartlara cavab verən texniki avadanlıqlarla təchiz olunmuşdur. İKT-nin multimedia və internet imkanlarının zənginləşdirilməsi və onlardan səmərəli istifadənin təşkili, elektorn dəsrlik, dərs vəsaitlərinin hazırlanması həyata keçirilir. Təcrübə mübadiləsinin və qabaqcıl təcrübənin yayılması məqsədilə kafedralar tərəfindən açıq dərslər və onların müzakirəsi təşkil edilir, filialı əməkdaşlarının yeni pedaqoji texnologiyaların və İKT-nin tədrisə tətbiqi ilə bağlı müxtəlif təlim və kurslarda iştirakı təmin olunur. Tədrisin keyfiyyətini daha da artırmaq məqsədilə ixtisaslara uyğun fənn kabinetlərindən istifadə olunur.