Azərbaycan Respublikası Prezidenti tərəfindən İnsan Alverinə Qarşı mübarizəyə dair

təsdiq edilən Milli Fəaliyyət Planının bəndlərinə müvafiq olaraq sentyabrın 30-da
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Dövlət
Pedoqoji Universitetinin Şamaxı filialında Polisə Dəstək İctimai Birliyinin növbəti tədbiri keçirilib. “İnsan alverinə yol verməyək” layihəsi çərçivəsində keçirilən tədbir maarifləndirmə və profilaktik əhəmiyyət daşıyırdı.
İlk olaraq filial rəhbərliyi və qonaqlar filialın həyətində şəhid məzunların xatirəsinə həsr olunmuş stendin önündə Zəfər tarixinin qəhrəmanları xatırlandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı uğurlardan danışıldı.
Qeyd edək ki, ictimai birliyin əməkdaşları ilə yanaşı Şamaxı rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru polis polkovnik-leytenantı Məmmədov Xaliq də tədbirin qonağı idi.
Sonra tədbir filialın akt zalında Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Tədbiri giriş sözü ilə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə xanım Yusifova
açaraq insan alverini müasir – XXI əsrin köləliyi kimi dəyərləndirmiş, bu sahədə maarifləndirmə xarakterli tədbirlərin məhz təhsil ocaqlarında davam etdirilməsinə önəm verərək, tələbələrə diqqət çəkən tövsiyyələr vermişdir.
Sonra söz, “Polisə Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri Şəmsəddin Əliyevə
verildi. O, insan alveri cinayətlərini Transmilli Mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növü kimi xarakterizə etmiş, bu cinayətlərin mürəkkəb tərkibli cinayətlərə aid olduğu haqda iştirakçılara məlumat verərək, qəsdən törədilən belə ağır cinayətlərə görə cəzanın sərtləşdirilməsini vurğulamışdır.
İnsan alveri cinayətlərinə görə tətbiq ediləcək cəzanın fəlsəfi cəhətlərini iştirakçılara çatdıran, insan hüquq və azadlıqları üzrə ekspert, tanınmış hüquqşünas Aydın Kərimov bu sahədə dinləyicilərə nəzəri və praktik tövsiyyələrini vermişdir.
Tədbirdə çıxış edən müəllim və tələbələr maarifləndirmə xarakterli layihə üzrə keçirilən təlimdən məmnunluqlarını ifadə etmişlər.
Çıxışlardan sonra tələbələri maraqlandıran suallarcavablandırılmışdır.