Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 sentyabr Anım Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmu!” mövzusunda bilik yarışı keçirildi. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
İki mərhələdən ibarət olan və I tədris ili tələbələri arasında keçirilən yarışda Zəfər tarixi və onun yazılmasında imzası olan qəhrəmanlar haqqında suallardan istifadə olundu.
Gərgin mübarizədən sonra
I yerə Uğur komandası
II yerə 8 Noyabr
III yerə Xarı bülbül komandaları layiq görüldü