Astara rayonunda “Şahin” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Filialımızın məzunu və əməkdaşı Teymurova Aytən və tələbələrimiz İsmayılova Pərvanə və Quliyev Nicatın da iştirak etdiyi hərbi simulyasiya formatında təşkil olunan düşərgədə Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları, Qarabağ qaziləri Ədalət Haqverdiyev, Loğman Məmmədov tərəfindən “Sıra hazırlığı”, “Topoqrafiya hazırlığı”, “Kəşfiyyat hazırlığı”, “KQSM (Kütləvi Qırğın Silahından Mühafizə) hazırlığı”, “Mühəndis hazırlığı”, “İlkin tibbi yardım”, “Atəş hazırlığı”, “Silahla davranış qaydaları”, əlbəyaxa döyüş təlimləri keçirilib, hərbi-idman oyunları və intellektual yarış təşkil olunub. Keçirilən yarışlarda aktiv şəkildə fəaliyyət göstərərək qalib olan filialımızın iştirakçıları sertifikat və mükafatlarla təltif olunublar.

