Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Şamaxı filialında tələbələrə “Mən öz gələcəyimi seçirəm” adlı maarifləndirici seminar keçirilib. Seminar filialın Sosial və pedaqoji elmlər kafedrasının,  baş müəllimi p.ü.f.d İlhamə Sultanova tərəfindən keçirilib.

Seminarın təşkil olunmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır.

Seminarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılıb və bu mövzuda  video və slayd nümayiş etdirilib.

Daha sonra seminar diskussiya şəklində davam edib.  Mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb. Seminarda həmçinin tələbələr arasında  əyləncəli psixoloji testlər keçirilib və nəticələri müzakirə olunub.