“I2B – İdeyadan biznesə” layihəsi çərçivəsində startap turun növbəti dayanacağı Şamaxı şəhəri olub.

“Regional İnkişaf” İctimai Birliyi təşkilatçılığı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu və BMT-nin İnkişaf Proqramının (UNDP), “SUP VC” akselerasiya proqramın dəstəyi ilə Startap turları çərçivəsində iştirakçılara informativ sessiyalar, müxtəlif mövzularda biznestreninqlər, timbildinqlər və təlimlər keçirilir, innovativ və sahibkarlıq bilikləri tədris edilir, ideyaların preinkubasiyası təşkil olunur.

Regional seçim mərhələsində ideyalar münsiflər heyəti qarşısında təqdim edildikdən sonra hər region üzrə aqrar, turizim, sosial innovasiyalar və yaradıcılıq sənayesi mövzularında qaliblər müəyyənləşdiriləcək .