Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun və AMEA Biologiya və Tibb elmləri bölməsinin təşkilatçılığı, AMEA Qafqazşünaslıq İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, “Nahçıvan” Universiteti, AMEA Mərkəzi Elmi Kitabxanası və Türkiyə Cumhuriyyəti İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu-İKSAD-ın tərəfdaşlığı ilə Ölkə Prezidenti möhtərəm İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi ilə əlaqədar verdiyi məlum fərmanına əsasən “QARABAĞ 3. Beynəlxalq Sosial və Humanitar Elmlərdə Müasir Araşdırmalar Konfransı ŞUŞA İLİ-2022” və “QARABAĞ 3. Beynəlxalq Tədbiqi elmlər konfransı ŞUŞA İLİ-2022“ konfransı keçirilməsi nəzərdə tutulmuşdur. Konfransın ilk günü 2022-ci il iyun ayının 8-i Şuşa şəhərinə gəzinti ilə başladı. Gəzintidə ADPU-nun Şamaxı filialının fakültə dekanı baş müəllim Qahirə Şahbazova və Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri p.ü.f.d. Firidə Mustafayeva iştirak etmişlər. Şuşanın tarixi abidələri: Şuşa qalası, Vaqif məqbərəsi, Bülbülün ev muzeyi, Cıdır düzü ziyarət edilmiş və xatirə şəkilləri çəkilmişdir.




