ADPU-nun Şamaxı filialı və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Şamaxı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyəti və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının  birgə təşkilatçılığı ilə region gəncləri arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinə həsr edilmiş intellektual oyunlar üzrə 16 komandanın iştirakı ilə “Qalib Gəncliyimizin Zəfər Kuboku” layihəsi  keçirildi. Layihənin keçirilməsində əsas məqsəd region gənclərinin intellektini inkişaf etdirmək,  və Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın daim xatirəsini əziz tutmaqdır.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən müharibəsində şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik süküt ilə anıldıqdan sonra tədbir rəsmi olaraq açıq elan edilib.

Regionda fəaliyyətin genişləndirilməsi, gənclərə daha da faydalı layihələrdən yararlanması üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanması ilə tədbir davam etdi. Çıxışlarda ADPU-nun Şamaxı filialının 30 illiyi ərəfəsində imzalanan memorandumun əhəmiyyəti vurğulanıb.
Memorandumun ardından final oyunlarına keçid edildi.  Regionlardan mübarizəyə qatılmış komandaların əzmkar oyunundan sonra finalda regionlarını təmsil edəcək  tələbələr, şagird və müəllimlərdən ibarət yığma komandalar mübarizəyə qatılıb. Ümumilikdə 4 regiondan 15-dən artıq komanda Zəfər Kuboku uğrunda intellekt mübarizəsi aparıblar.
Orta məktəb müəllimlərinin də iştirak etdiyi, və çox gərgin mübarizə ilə keçən intellaktual yarışda ADPU-nun  Şamaxı filialının tələbələrindən ibarət  “İstiqlal”komandası  3-cü yeri tutaraq “Zəfər kubokuna” sahib olublar. Qaliblər diplom və digər dəyərli hədiyyələrlə mükafatlandırılıb. Sonda isə komandalar ilə xatirə foto şəkli çəkilib.