ADPU nun Şamaxı filialında “Ünsiyyət” treninqi keçirildi

1 və 5 aprel tarixlərində ADPU-nun Şamaxı filialında əməkdaşlar üçün təşkil olunmuş “Ünsiyyət”  sosial-psixoloji təlimi keçirilib. Təlimi Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Sultanova İlhamə Həmid qızı təşkil etmişdi. Filialın psixologiya kabinetində təşkil olunan təlimdə əvvəlcə psixologiyanın əsas kateqoriyalarından biri olan ünsiyyətin insan həyatında rolu, əhəmiyyəti, funksiyaları, növləri haqqında məlumat verildi.

Qeyd edildi ki, ünsiyyətə psixologiyada  müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyət tələbatı sosial tələbatdır, insanın tələbatları içərisində xüsusi yer tutur. Təlimdə bir-birindən maraqlı  motivə edici psixoloji testlər-Ünsiyyət qurduğumuz insanlara adları ilə müraciət etməyimizi nəzərə alaraq “ Adlarla”  bağlı maraqlı (aktivit) test, ünsiyyət itkisi adlı test və s. , fəallaşdırıcı tapşırıqlar keçirildi. Bütün iştirakçılar təlimdən pozitiv enerji və xoş təəsüratlarla ayrıldılar. Növbəti günlərdə bu tipli təlimlər filialin digər əməkdaşları  və tələbələri üçün də təşkil ediləcək.