ADPU Şamaxı filialının əməkdaşları “Yüksəliş müsabiqəsi”nə qoşuldular.
Fevralın 22-də Şamaxı rayon Mədəniyyət Mərkəzində “Yüksəliş müsabiqəsi”nin təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının müəllim və tələbə heyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov bütün iştirakçıları salamladı və müsabiqə haqqında məlumat verdi. Daha sonra “Yüksəliş müsabiqəsi”i barədə iştirakçıları məlumatlandırmaq məqsədilə təlim keçirildi və müsabiqənin şərtlərini özündə əks etdirən təqdimat nümayiş olundu. Təqdimatdan sonra müsabiqə mərhələsi ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı və qeydiyyat mərhələsinə keçid edildi. Bu mərhələdə filialın tələbələrindən ibarət könüllü qrupu qeydiyyatdan keçmək istəyən vətəndaşlara yaxından köməklik göstərirdi. ADPU-nun Şamaxı filialının əməkdaşları müsabiqənin şərtlərinə uyğun qeydiyyat mərhələsindən uğurla keçdilər. Sonda tədbirdə fəal iştirak etdiyinə görə filialın rəhbərliyi hədiyyələrlə mükafatlandırıldı.
Müsabiqəyə qatılan bütün əməkdaşlarımıza uğurlar arzu edirik.


