ADPU Şamaxı filialının rəhbərliyi YAP Şamaxı rayon təşkilatının tədbirində iştirak etdi.
11 fevral 2022-ci il tarixində Şamaxı rayonu Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatına təyin olunmuş yeni sədrin rayon ictimaiyyətinə təqdim olunması ilə bağlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının üzvləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının rəhbərliyi və rayonun digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən bəhs etdi.
Daha sonra çıxış üçün söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifovaya verildi. Tünzalə Yusifova çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı gündən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin möhkəmlənməsinə, milli inkişafın təmin olunmasına xidmət edərək fəaliyyətini davam etdirdiyini və Azərbaycanı tənəzzüldən tərəqqiyə apardığını qeyd etdi. O, eyni zamanda YAP-ın yarandığı gündən gənclərə xüsusi diqqət və qayğı göstərdiyini, onların ictimai-siyasi həyatda fəal iştirakına şərait yaradıldığını qeyd etdi.
Çıxışının sonunda Tünzalə Yusifova YAP Şamaxı rayon təşkilatının yeni sədri Tural Qasımlını təbrik etdi və regionun yeganə ali təhsil müəssisəsi olaraq ADPU-nun Şamaxı filialının bundan sonra da partiyanın işlərinə hər zaman dəstək olacaqlarını bilirdi.

