23 dekabr 2021-ci il tarixində saat 1200-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi Dadaşov Çingiz Zəbulla oğlunun “Riyazi anlayışların daxil edilməsində müasir yanaşma” mövzusunda elmi-praktik seminarı keçirilmişdir.
Tədbirdə filialın direktoru dos.Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Seminarda indiki fəal təlim prosesində riyazi anlayışların daxil edilməsində müasir yanaşmaların vacibliyi şərh olunmuşdur. Hazırda dərsliklərin “Konsentrizim” prinsipinə əsaslandığı göstərilmiş, buna uyğun müasir yanaşma baxımından təlim metodlarına toxunulub. Sonda isə iştirakçıların suallarına cavab verilmişdir.


