ADPU-nun Şamaxı filialında “30 ilin Uğurları” adlı sərgi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının 30 illik yubileyinin qeyd olunması barədə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun əmrinə və təsdiq olunmuş Tədbirlər planına əsasən 2021-ci ildə filialda silsilə tədbirlər keçirilmiş, müxtəlif informasiya mənbələrində paylaşımlar edilmişdir.

Tədbirlər planının növbəti bəndinə müvafiq olaraq 07-10 dekabr tarixlərində ADPU-nun Şamaxı filialının 30 ildə qazandığı uğurlarının əks olunduğu sərgi keçirilmişdir. Sərgidə bütün struktur bölmələrinin, tələbə təşkilatlarının tarixini, fəaliyyət istiqamətlərini, təşkil olunan konfrans və tədbirləri əks etdirən fotoşəkillər, diplom, sertifikat və mükafatlar nümayiş olunmuşdur.

Bir neçə gün davam edən sərgini ziyarətçilərin xüsusi marağına səbəb olmuşdur.