ADPU-nun Şamaxı filialı tərəfindən Bakı şəhərində bir çox yerlərə ziyarətlər təşkil olundu.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının 30 illik yubileyi ərəfəsində Bakı şəhərində bir çox yerlərə ziyarətlər təşkil olundu.
Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Fəxrəddin Məmmədov və tələbələr iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər. Daha sonra Şəhidlər Xiyabanı və II Fəxri Xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Tədbirin davamında Zəfər simvolumuz və qürur yerimiz olan Hərbi Qənimətlər Parkı ziyarət olundu. Fəxrəddin Məmmədov gəzinti zamanı Şanlı Zəfər yolumuzun tarixi faktları barədə tələbələrə geniş məlumat verərək bu tarixin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı ordumuz tərəfindən 44 gündə qazanılmış Zəfərin nəinki respublikada, bütün dünyada uzun illər danışılacağı, Hərbi Qənimətlər Parkının da bu təbliğatda böyük rol oynadığı diqqətə çatdırıldı.
Ziyarətlər zamanı qürur dolu anlar yaşandı.




