Regionda sülhün bərqərar edilməsinin zəruriliyi
Artıq erməni miflərinə son qoyulmuş, Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, həm də Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etməklə ermənilərin uzun illər yaratdıqları mifi də darmadağın etmişlər. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur.Amma cəmi 44 gün ərzində Ermənistan ordusu da, hərbi texnukası da məhv edildi.Azərbaycan oz ordusunun qüdrətini göstərdi. Kapitulyasiya aktı məğlubiyyətin sübutu oldu. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmışdır.
Baş verən hadisələr kütləvi informasiya vasitələri tərəfindən müharibə dövründə oldugu kimi bu gün də yenə jurnalistlər tərəfindən işıqlandırılımaqdadır, yenə də mövcud olan reallıqlar xarici mətbuatı, ümumiyyətlə, kütləvi informasiya vasitələrini cəlb etməkdədir.Onları yenə də Ali Baş Komandanımız İlham Əliyevin regionda vəziyyətlə əlaqədar mövqeyini,münasibətləri və s. maraqlandırır.Bunu sentyabrın 28-də Fransanın “Franse-24”televiziya kanalına Prezident İlham Əliyevidən verdiyi müsahibə də bir daha göstərimişdir.
Məlum oldugu kimi ,müharibə bitmiş, münaqişə öz həllini tapmışdır. Azərbaycan Cənubi Qafqazı sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamışdır.Çünki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.Bunun üçün həm də sülhə nail olmaq,sülh imzalanması vacib məsələ kimi qarşıda durur. . Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirmişdir.Çünki, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradılması demək olardı.
Buna görə də Azərbaycan Sülh və regionun inkişafı naminə danışıqların aparılmasına hazırdır.Bu danışıqlqrın aparılması əhəmiyyət kəsb edir. Çünki.aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsidir,bu cəhətdən Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmas olduqca vacibdir.
Fransanın “Franse-24”televiziya kanalına müsahibəsində ölkə başçımız Iki ölkə rəhbəri arasındakı təmasların təşkili üçün vasitəçilik institutunun böyük önəmi olmasını da vurgulamışdır. Adətən əvvəllər iki ölkə rəhbəri arasında təmasların ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunmasını nəzərə çtıdırmışdır.Növbəti dəfə də ATƏT-in Minsk qrupu həmsədrləri belə təşəbbüs etsələr təbii ki, Azərbaycan buna qarşı çıxmayacagını, ,qəbul edəcəyini söyləmişdi.
Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Çünki, Azərbaycan sülhsevər bir ölkədir .Cənubi Qafqazda Lider dövlətdir. Sülh müqaviləsi mütləq olmalı,sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində danışıqlara hazırlıq başlansa da. lakin, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməmişdir. Bu revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. Buna baxmayaraq Azərbaycan hökuməti bununla baglı da öz öz xəbərdarlığını etmişdir..
Münaqişə artıq öz həllini tapmış – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi absurddur. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməlidir.Çünki, Qarabag Azərtbaycanın əzəli torpagıdır.Qarabag Azərbaycandır.
Münaqişənin həll edilmədiyini söyləmək təhlükəlidir. Münaqişə həll olunsa da onun həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Vaxtilə Azərbaycan torpaqlarına ermənilər köçürülmüşdür. Qarabagda yaşayan ermənilərə muxtariyyətin verilməsi heç vaxt ola bilməz.
Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməmişdir. Sovet hakimiyyəti1920-ci ildə Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdir. Azərbaycan isə yalnız tarixi faktlara istinad etmişdir.. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur.
Cənab Prezidentimiz müsahibəsi zamanı bildirmişdir ki, həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir.Bizim ölkəmiz həmişə digər dövlətlərlə dostluq,əməkdaşlıq münasibətlərinə üstünlük vermişdir. O cümlədən də, Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunumuşdur.Bu ölkə ilə münasibətlər uğurla inkişaf etmiş və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı.
Dövlət başçımız müharibə zamanı Fransanın özünü dürüst vasitəçi kimi aparmadgını,. Fransanın Ermənistanın tərəfini seçdiyini də vurgulamışdır. Azərbaycanın Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimizdar oldugunu da diqqətə çəkmişdir.Münaqişə boyunca Fransanın özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdiyini və qərəzli yanaşma nümayiş etdirdiyinin.narahatlıq doğurdugunu da. Fransanın vasitəçi ölkə kimi ATƏT-in mandatına sahib olmaqa bitərəf qalmalı oldugunun da qeyd etmişdir.
Azərbaycan digər gövlətlər kimin Fransa ilə də əməkdaşlığa hər zaman açıq olmuşdur. Fransa da dünyada aparıcı dövlətlərdən biridir və ölkəmiz onunla da normal münasibətlərin olmasını istəyir. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik.
Azərbaycan erməni hərbi əsirlərin saxlanılması ilə bağlı “Human Rights Watch”un ittihamlarını da rədd edir.Çünki, müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılmışdır. Ermənistan hökuməti bunu təsdiq edir.. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl q də aytarmışdır.. QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilmişdir.
2020-ci il noyabrın 10-da müharibə dayandırıılsa da ermənilərin təxribatları heç də səngiməmişdi. Hərbi əsirlər müharibə zamanı əsir düşmüş şəxslərdir Dekabrın əvvəlində isə Azərbaycanın azad etdiyi ərazidə erməni təxribat dəstəsinin 62 üzvü aşkar edilmiş ,zərərsizləşdirilmişdi. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra Azərbaycan ərazisində onlar aşkarlanmışdı.
Baxmayaraq ki, onlar hərbi əsir hesab edilə bilməz ,lakin onların çoxunu xoşməramlı jest kimi Azərbaycan hökuməti artıq qaytarmışıdır. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab olacaqlar.
Beləliklə, dövlət başçımızın bütün cavabları təkcə Azərbaycan həqiqətlərinin deyil, həm də 44 günlük müharibədən sonra yaranmış Cənubi Qafqaz reallıqlarının növbəti dəfə Avropa tamaşaçılarına çatdırılmasını təmin etdi.Bunu bir daha hamı bilməlidir ki, Qarabağ Azərbaycandır və heç bir statusdan söhbət gedə bilməz! Azərbaycan regionda sülhün qarantıdır.
Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova
