Azərbaycanın yeni iqtisadi – siyasi inkişafında həyata
keçirilən islahatlar
1993-cü ilin böhranlı yayında məhv olma təhlükəsi ilə üzləşmiş ölkəni xilas etmək üçün xalqın harayına səs verən dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev qeyd etdi ki, gələcək uğurların təməlini iqtisadi sferada formalaşdırmaq mütləq şəkildə lazımdır. Ulu Öndər həmçinin öz fikirlərini belə ifadə edirdi: “Bir Prezident kimi mən azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur. İslahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi və mülkiyyətin özəlləşdirilməsi üçün özəl bölmənin inkişafına geniş yer verilməli, bazar iqtisadiyyatında insanlara sərbəstlik verilməli, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmalıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
1994-cü ilin sentyabrında böyük təyziqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olunması yüksək siyasi iradənin təntənəsi idi. Bu sazişdən sonra Azərbaycanın qapıları bütün dünyanın üzünə açıldı, müxtəlif iqtisadi yönümlü müqavilələrin imzalanmasına və ölkəyə investisiya qoyuluşuna şərait yaradıldı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makro-iqtisadi sabitliyə riayət olundu və davamlı iqtisadi artımın bütün sahələrində islahatlara başlanıldı. Bu iqtisadi siyasətin davamçısı olaraq ölkəmizin Prezidenti İlham Əliyevin məqsədyönlü, geniş miqyaslı iqtisadi siyasət planı işlənib hazırlanıldı və həyata keçirilməyə başlandı. Preziden İlham Əliyevin bəyan etdiyi kimi qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, mərhələlərlə iqtisadi təhlillərin həyata keçirilməsi, pul-məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində yarana biləcək dəyişikliklərə diqqət verilməsi əsas amil kimi qəbul edilmişdir. Bu baxımdan Azərbaycan iqtisadiyyatının şəffaflığı, liberallaşdırılması və milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafın sabitliyini təmin etmişdir. Hazırda ölkədə fəaliyyət göstərən bankların işində xidməti təchizatların yeniləşməsi və adaptasiya prosesi yekunlaşmaqdadı. Dövlətin çevik siyasəti nəticəsində aparılan bu işlər tezliklə öz həllini tapmışdır. Köhnə pul nişanları ilə yanaşı yeni pul nişanları da paralel şəkildə tədavül prosesində məhdudiyyətsiz olaraq istifadə olunur və pul nişanlarının ödəniş terminallarında istifadə edilməsi ilə bağlı heç bir çətinlik müşahidə olunmur.
Ölkə ərazisində istifadə olunan bankomatlar, ödəniş terminalları, pul sayan, emal edən sistemlər vaxtaşırı olaraq yenilənir. Bu barədə bütün banklar və bank olmayan ödəniş xidmətləri mütəmadi olaraq məlumatlandırılır.
Prezident İlham Əliyev ölkədə aparılan islahatlardan danışarkən qeyd edir ki, Azərbaycan həmişə müstəqil siyəsət yürüdür və heç bir ölkədən asılı deyil. Məlumdur ki, Azərbaycan bütün qonşuları ilə mehriban münasibət qurur, lakin həmişə milli maraqlar birinci yerdədir. Müstəqillik zamanı əldə etdiyimiz bütün nailiyyətlərdən aydın olur ki, siyasi və iqtisadi sahələrdə daha çox ciddi islahatlar həyata keçirilmişdir. Müstəqillik illərində əhalinin sayı yeddi milyondan on milyona qədər artıb. Bu o deməkdir ki, əhaliyə əlavə ərzaq təminatı və infrastruktur tələb olunur. Lap dəqiqliklə qeyd etsək, ildə ən azı yüz min iş yerinə ehtiyac yaranır.
Prezident İlham Əliyev dünya iqtisadi forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü zamanı qeyd etmişşdir ki, ölkəmiz ilə forum arasında həmişə səmərəli əməkdaşlıq həyata keçirilir. Həmin görüşdə İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan ilə dünya iqtisadiyyatı forumu ölkəmizdə qeyri- neft sektorunun inkişafı üçün daim uğurli əməkdaşlıq edir. Görüşdə dövlət başçısı onu da qeyd etdi ki, iqtisadiyyatı şaxələndirmək, islahatları davam etdrimək üçün investisiyanın cəlb edilməsi böyük rol oynayır. Ona görə də Azərbaycan iqtisadi islahatları istər regional, istərsə də beynəlxalq səviyyələrdə uğurla həyata keçirməkdədir. Bunun nəticəsi olaraq qeyd etmək olar ki, ölkəmizdə qeyri-neft sahəsində aparıcı rola malik kənd təsərrüfatı 1,9%, nəqliyyat və anbar təsərrüfatı 4,6%, informasiya-rabitə sektorunda 0,6%, sənayenin qeyri neft – qaz sektorunda 12, 5% artım olmuşdur. Eləcə də infilyasiya səviyyəsi 2,8%, neftin bir barelinin qiyməti 43,7 dollar təşkil edir. Hamıya aydındır ki, COVİD-19 pandemiyası ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması, büdcənin maliyyə hesabına da öz təsirini göstərmişdir. Bununla yanaşı müharibə şəraiti və onun maliyyələşdirilməsi, şəhid ailələrinə, əsgər və zabitlərə qayğının artırılması, işğaldan azad olunan ərazilərin bərpası dövlət büdcəsinin icrasında ən mühüm hədəflərdən biri olmuşdur.
Bu bir həqiqətdir ki, Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çox sahəli strateji əlaqələri əhatə edir. Bu lahiyələrdən “Əsrin müqaviləsi” ilə qəbul edilən Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum, Bakı-Tiblisi-Qars TANAT və TAP layihələrini misal göstərə bilərik. Ayadındır ki, bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənlənməsi və enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Beynəlxalq nəqliyyat Azərbaycanın və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda, strateji əhəmiyyətin artmasında, regional enerji təhlükəsizliyinin təminatında və digər sahələrdə, xüsusilə gəlirlərin artmasında, məşğulluğun həllində, əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Azərbaycan və Türkiyə liderlərinin Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışlarında Türkiyə ilə Azərbaycan arasında ümumi xarici ticarət dövriyyəsinin on beş milyard dollara çatdırılması qeyd olundu. Hər iki ölkənin liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi, ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkənin makroiqtisadi dayanaıqlığı kimi məsələlər də hər iki ölkə üçün böyük səmərə qazandıra bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyyətini qəbul etderkən qeyd etdi ki, “Naxçıvan Dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi də inşa edilməlidir. Beləıiklə. Yeni bir koridor açılacaq və Türkiyə Azərbaycan arasında bu koridor möhkəm olacaqdır”. Daha sonra Prezident İlham Əliyev bildirdi ki, bu sahə həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük önəm daşıyır və bu xalqlarımızı bir-birinə bağlayan sahədir”. Türkiyəli Nazir də eyni zamanda qeyd etdi ki, bu minivalla birliyimiz əbədi davam edərcək. Xüsusilə Naxçıvan ilə Qars arasındakı, Qars-Aralıq-Djlucu arasındakı layihələrimizi yekunlaşdırmışıq və onları bir proqram şəklində hazırlayıb Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik.
Azərbaycanda idarəetmə infrastrukturlarının təkmilləşdirilməsi, maddi texniki bazanın müasir tələblər baxımından qurulması müstəqil Azərbaycan dövlətinin inkişafından xəbər verən əsas göstəricilərdən biridir. Bu isqiqamətdə İqtisadiyyat Nazirliyinin yeni binasının müasir memarlıq üslubunda tikilməsi və onun müasir texniki təchizatı əslində ölkəmizdəki iqtisadi potensialdan xəbər verir. Bunun bariz nümünəsi olaraq cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə İqtisadiyyat Nazirliyinin yeni binasının açılışı Azərbaycanın regionda lider ölkə kimi inkişafının təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: ”Heydıər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu sİyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan daim yaşayacaqdır”.
ADPU-nun Şamaxı filialı direktoru, dosent Tünzalə Yusifova
