Şamaxı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Ümummilli Liderin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirdə ADPU-nun Şamaxı filialının kollektivi də iştirak etdi.

ADPU-nun Şamaxı filialının rəhbərliyi və professor-müəllim heyəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar filialda təsdiq olunmuş tədbirlər planına əsasən keçirilən silsilə tədbirlərlə yanaşı, eyni zamanda Şamaxı rayon İcra Hakimiyyətinin də keçirdiyi çoxsayli tədbirlərdə iştirak edirlər.

Filialın direktoru, dos Tünzalə Yusifova, Sosial və pedaqoji elmlər kafedrasının müdiri, eyni zamanda rayon Ağsaqqallar Şurasının sədri dos.Mayıl Alıcanov növbəti dəfə 7 may tarixində Şamaxı rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı tədbirə dəvət olundular.

Öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirdilər. Tədbir online formada davam etdirildi.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızın bütün regionlarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasından, xalqın rifahının yüksəlməsindən və bütün sahələrin durğunluqdan tərəqqiyə doğru sürətli inkişafından ətraflı danışdı.

Çııxış edənlərdən Azərbaycan Respublikasının Milli Məclisinin Şamaxı rayon üzrə deputatı Tamam xanım Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, ADPU-nun Şamaxı filialının direktoru, dos.Tünzalə Yusifova, Sosial və pedaqoji elmlər kafedrasının müdiri, eyni zamanda rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və RİİB-in Dağlıq Şirvan regional bölməsinin rəhbəri Nərgiz Qurbanova çıxışlarında bütün həyatını millətinə və vətəninə həsr etmiş Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olmasından və eyni zamanda  cənab Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini davam etdirərək misilsiz nailiyyətlərə imza atmasından, 44 günlük Vətən müharibəsində zəfər çalmaqla tarixi ədalətin bərpasına nail olmasından da bəhs etdilər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayon ərazisində ağacəkmə kompaniyasında da filialın əməkdaşları fəal iştirak etdilər.