2 Fevral 2023-cü il tarixində rayon mədəniyyət mərkəzində gənclər günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, RİİB-nin Dağlıq Şirvan bölməsinin rəhbəri Nərgiz Qurbanova,  ADPU-nun Şamaxı filialının tələbəri, həmçinin rayon gənclərinin nümayəndələri iştirak edib.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gəncləri təbrik edərək, ölkəmizin ictimai-siyasi həyatında gənclərin fəaliyyətindən geniş söhbət açdı. O 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq ölkəmizin inkişafında gənclərimizin rolu və bu istiqamətdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.
Digər çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, RİİB-nin Dağlıq Şirvan bölməsinin rəhbəri Nərgiz Qurbanova və başqaları dövlət siyasətinin prioritet istiqamətlərindən olan gənclərlə aparılan işin təşkili sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsindən geniş söhbət açdılar.
Tədbirdə ADPU-nun Şamaxı filialının  rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup tələbəsi:
1. Zibeyir Hidayətov
2. Ruslan Məmmədov
3. Pərvanə İsmayılova
4. Ələskər Nurulu
5. Röya Həsənova
6. Xəyal Quliyev
7. Əminə Rəhimova
8. Badam Sadaylı
9. Gülyanaq Atakişiyev
10. Almirzə Ağamirzəyev
rayon icra hakimiyyətinin müvafiq fəxri fərmanı və təşəkkürnaməsi ilə təltif olundu. Həmçinin filialımızın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Cəbrayılova Narınc tələbələr adından çıxış edərək gəncləri təbrik edib və dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edərək təşəkkürünü bildirib.
Sonda qarşılıqlı dialoq şəraitində gənclərin rəy və təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

Paylaşın: