2 fevral- Gənclər Günü münasibətilə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova filialın tələbələri ilə görüş keçirib. İlk olaraq Ulu Öndər və Azərbaycan gəncliyi”  mövzusunda videoçarx nümayiş olunub. Ardınca filialın direktoru dosent Tünzalə Yusifova tədbir iştirakçılarını salamlayıb və Gənclər Günü münasibətilə onları təbrik edib. Daha sonra tələbələrin ilboyu fəaliyyətini qiymətləndirərək qeyd edib ki, tələbəlik illəri insan həyatında xüsusi rol oynayır. Bu dövrdə fəal olmaq, dövlətin gənclər siyasətinin tərkib hissəsinə çevrilmək fəxrdir, qürurdur. Filialımızın tələbələri də istər dövlət səviyyəli, istərsə də könüllü tədbirlərdə, müxtəlif layihələrdə  çox aktiv şəkildə iştirak edirlər. Onların fəaliyyəti heç də paytaxtda yerləşən ali təhsil müəssisələrinin fəaliyyətindən geri qalmır və tələbələrimiz həmçinin paytaxt universitetləri ilə əlaqə saxlayır.   Tünzalə Yusifova həmçinin 31 yanvar tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı tərəfindən təltif olunmuş tələbələrimizi təbrik edib və onlara uğurlarının davamlı olmasını arzulayıb.

Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Ələskər Nurulu ilboyu keçirilən tədbirlər haqqında hesabat xarakterli çıxış edib. Eyni zamanda Gənclər Günü münasibətilə filialın ictimai həyatında fərqlənən tələbələrin siyahısı açıqlanıb və onlara diplomlar təqdim olunub.

Ardınca Tələbə Gənclər Təşkilatının sədr müavini Nuranə Mirzəyeva gənclərə dövlət tərəfindən göstərilən qayğıdan bəhs edib.  Son olaraq filialımızın İbtidai sinif müəllimliyi ixtisasının 2-ci tədris ili tələbəsi Abbasova Fidanın və Məktəbəqədər təhsil ixtisasının 3-cü tədris ili tələbəsi Səmiyeva Firəngizin özlərinin müəllifi olduğu “Gənclik” şeirinin səsləndirilməsi ilə tədbir başa çatıb.

Paylaşın: