15 sentyabr- Bilik Günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında tədbir keçirildi.
Ilk növbədə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbiraçıq elan olundu. Giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək professor-müəllim heyətini və tələbələri Bilik günü münasibəti ilə təbrik etdi, onlara yeni tədris ilində uğurlar arzuladı. Tədris ilinə hazırlıqla bağlı universitetdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. O, filialın keçdiyi şərəfli yoldan, bu ali təhsil ocağının yaranma tarixindən, təhsil və elm sahəsində əldə olunan nailiyyətlərdən söz açdı və bildirdi ki, filialımız maddi texniki baza baxımından çox zəngindir.
Daha sonra filiala yüksək balla daxil olan tələbələr və onların valideynləri öz təssüratlarını bölüşdülər və yeni tədris ilində hər kəsə uğurlar arzuladılar.
Tədbirdən sonra filialın akt zalı I tədris ili tələbələrinin valideyləri ilə görüş keçirildi.