Azərbaycan Dövlər Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Heydər Əliyev ili çərçivəsində 15 İyun -Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim və tələbə heyəti iştirak edirdi.

Azərbaycan Dövlət Himninin səslənməsi və Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan olundu.

Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyb etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Ardınca Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova– “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, Tarix və coğrafiya müəllimliyi ixtisasının birinci kurs tələbəsi Fidan Qafarova -“Firavan gəncliyə açılan yol”, Təhsildə sosial-psixoloji xidmət ixtisasının 1-ci tədris ili tələbəsi Səbinə Hümbətova -“Qurtuluşumuz dünəndən bu günə mövzularında ətraflı çıxış etdilər. Sonda filialın tələbəsi Salmanlı Səbinənin ifasında Məmməd Arazın “Azərbaycan-Dünyam mənim”şeirini səsləndirilməsi ilə tədbir başa çatdı.

 

Paylaşın: